Modern.az

Vaksinasiya ilə bağlı SON VƏZİYYƏT 

Vaksinasiya ilə bağlı SON VƏZİYYƏT 

Aktual

15 Aprel 2023, 18:26

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 137 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 82, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza vaksin vurduranların sayı 27, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 958 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 400, üç və daha çox doza vaksin vurduranların sayı 3 402 467, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 062 təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi