Modern.az

Cəsur insanlar Ağdamı minalardan təmizləyir - Britaniyalı deputat (VİDEO)

Cəsur insanlar Ağdamı minalardan təmizləyir - Britaniyalı deputat (VİDEO)

19 Aprel 2023, 08:47

Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə siyasətçi "Twitter" hesabında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib.

 

"Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə 1 milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun”, - Bləkmən bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!