Modern.az

Sumqayıtda mağaza YANDI

Sumqayıtda mağaza YANDI

Aktual

19 Aprel 2023, 08:54

Sumqayıtda mağaza yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 m² sahəyə yığılan plastik və taxta taralar yanıb.

 

Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi