BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnızlıqla bağlı məsələləri araşdırmaq üçün komissiya yaratmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Etyen Kruq məlumat verib.
O deyib ki, komissiya tənhalığın təsnifatının və indeksinin yaradılması üzərində işləyəcək.
Təşkilat rəsmisi bildirib ki, tənhalıq uzun müddət qeyri-ciddi problem hesab edilib, amma hazırda bu problemlə həm yaşlılar, həm də gənclər üzləşir.