Modern.az

Livana zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçdi

Livana zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçdi

Dünya

10 Aprel 2026, 04:44

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1150-dən çox insan yaralanıb.

Modern.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

Məlumata görə, aprelin 8-də İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna qarşı fevraldan bəri ən böyük hücumu həyata keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı