Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrə yeni komandan təyin edilməsi barədə məlumatı təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, 25 aprel 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib.