Modern.az

Mehdiabadda üç avtomobil yandı - Ölən var (VİDEO)

Mehdiabadda üç avtomobil yandı - Ölən var (VİDEO)

Aktual

1 May 2023, 12:10

Abşeron rayonunda üç avtomobil yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayonun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində üç minik avtomobilinin yanar hissələri yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.

 

Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobillərdən birində aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq