Modern.az

Universitetlər onlayn təhsilə keçdi

Universitetlər onlayn təhsilə keçdi

Təhsil

30 Mart 2026, 09:24

Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran universitetlərinə hücumlara cavab olaraq ABŞ və İsraillə əlaqəli ali məktəblərə zərbə endirə biləcəyini bəyan edib.

Məlumata görə, Amerika Universiteti Beyrutda bu gündən etibarən tam distant təhsilə keçəcəyini açıqlayıb. Livan-Amerika Universiteti də analoji qərar qəbul edib.

Bundan əlavə, Corctaun Universiteti, Texas A&M Universiteti və Virciniya Ştat Universitetinin İncəsənət Məktəbinin Qətərdəki filialları təhsilin növbəti göstərişədək onlayn formatda davam edəcəyini bildiriblər. Həmçinin Küveyt, Dubay və Rəs əl-Xaymadakı Amerika universitetləri də ayın əvvəlindən distant təhsilə keçiblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?