Modern.az

Ermənistanın iddiaları cavabsız qala bilməzdi - Ərdoğanın sözçüsü

Ermənistanın iddiaları cavabsız qala bilməzdi - Ərdoğanın sözçüsü

3 May 2023, 13:24

Ermənistanın soyqırımı iddiaları cavabsız qala bilməzdi.

 

Modern.az xəbər verir ki, bunu yerli telekanallara açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

 

O qeyd edib ki, Ermənistanla hava məkanının bağlanmasına səbəb bu dövlətin soyqırımI iddialarıdır.

 

Qeyd edək ki, aprelin 29-da Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çacuşoğlu deyib ki, Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılması qəbuledilməzdir: "Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu