Modern.az

“Formula 1”lə bağlı TƏKLİF: İctimai rəy öyrənilməlidir

“Formula 1”lə bağlı TƏKLİF: İctimai rəy öyrənilməlidir

Aktual

12 May 2023, 13:14

Milli Məclisdə “Formula 1” yarışının uzadılması ilə bağlı ictimai rəyin öyrənilməsi təklif edilib.

 

Modern.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

 

“Bakı şəhərində 7 ildir “Formula 1” yarışı keçirilir. Yarışın müddəti daha 3 il artırıldı. Amma bu cür insanların geniş müzakirəsinə səbəb olmuş məsələrlə bağlı qərarın qəbulunda ictimai rəy öyrənilmir. Təklif edirəm ki, belə məsələlərdə ictimai rəyin öyrənilməsi vacibdir”,- deyə deputat çıxışında bildirib.

 

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi 2026-cı ilədək F1 təqviminə əlavə olunub. Yeni imzalanmış üçillik müqaviləyə əsasən, "Formula 1" Azərbaycan Qran-Prisinin müddəti 2026-cı ilədək uzadılıb.

Sizə yeni x var
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"