Modern.az

Seçkinin ilkin nəticələri nə vaxt açıqlanacaq?

Seçkinin ilkin nəticələri nə vaxt açıqlanacaq?

14 May 2023, 19:05

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri ilə bağlı məlumatlar Bakı vaxtilə saat 22:00-a qədər yayımlana bilməz.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Radio və Televiziya Üst Şurasının sədri Ebubekir Şahin bildirib.

 

Onun sözlərinə görə, qadağa Türkiyə Yüksək Seçim Qurumunun qərarı ilə dəyişə bilər.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?