Modern.az

Türkiyədə seçkiyə görə 5 nəfər SAXLANILDI

Türkiyədə seçkiyə görə 5 nəfər SAXLANILDI

Aktual

28 May 2023, 18:54

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə ölkədə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı təxribat xarakterli mesajların yayılmasına görə 5 nəfəri saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, onlar sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turunda səsvermənin gedişi ilə bağlı ictimaiyyətdə yanlış və qeyri-real təsəvvür yarada biləcək təxribat, manipulyasiya xarakterli mesajlar yaymaqla ictimai asayişi pozmağa cəhddə ittiham olunurlar.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI