Modern.az

Ordubad-Zəvvar yolu qardan təmizlənib - VİDEO

Ordubad-Zəvvar yolu qardan təmizlənib - VİDEO

Aktual

3 İyun 2023, 12:46

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.

 

Modern.az xəbər verir ki, bu işlərin məqsədi rayonun Şıxı yurdu adlanan ərazisindən keçən qədim arx vasitəsilə Dübəndi və Vənənd çaylarına qar sularının axıdılmasıdır.

 

Ümumi uzunluğu 4,5 km olan Zəvvar arxının qardan və lildən təmizlənməsi ilə yanaşı, Ordubad şəhərindən arxa qədər olan 27 km məsafədə yolun 5 kilometrlik hissəsi də qardan təmizlənib.

 

Bu sahədə görülən işlər davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?