Modern.az

Ərdoğan Azərbaycana YOLA DÜŞDÜ

Ərdoğan Azərbaycana YOLA DÜŞDÜ

Aktual

12 İyun 2023, 19:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başa çatıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Prezidenti daşıyan “TC-TUR” təyyarəsi artıq Azərbaycana yola düşüb.

 

Türkiyə lideri və xanımı Əminə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə