Modern.az

Şamaxıda 4 qadın xilas edildi

Şamaxıda 4 qadın xilas edildi

Aktual

30 İyun 2023, 19:33

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu