Modern.az

Üç kəndin adı dəyişdirilir - SİYAHI

Üç kəndin adı dəyişdirilir - SİYAHI

Ölkə

10 Mart 2026, 18:01

Quba rayonun üç kəndinin adı dəyişdirilir.

Bu barədə Modern.az-a komissiyanın üzvü Elnarə Akimova məlumat verib.

Bildirilib ki, məsələ Milli Məclisin Toponomiya komissiyasının sabah keçirilən iclasında müzakirə edilcək.

Belə ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinə daxil olan Vladimirovka kəndinin adı Elbir, Alekseyevka kənd inzibati ərazi dairəsinə daxil olan Alekseyevka kəndinin adı Çinarlı, həmin dairəyə daxil olan Timiryazev kəndinin adı isə Bəhrəli olaraq dəyişdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!