Modern.az

Azərbaycanda saxlanılan ermənilərdən yeni XƏBƏR VAR

Azərbaycanda saxlanılan ermənilərdən yeni XƏBƏR VAR

Aktual

9 İyul 2023, 13:16

İyun ayının sonu və iyul ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş çəkiblər.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

"Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri təmin edilib. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. Qurumun prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə