Modern.az

İlk dəfə Bakıya səfər edəcək

İlk dəfə Bakıya səfər edəcək

Aktual

6 Mart 2026, 22:17

 

Avropa Şurasının prezidenti Antonio Koşta martın 11-də Bakıda Azərbaycan rəhbərliyi ilə görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat verib.

Məlumata görə, görüşdə Bakı ilə Brüssel arasında enerji əməkdaşlığının inkişafı məsələləri müzakirə olunacaq. Tərəflər həmçinin ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyat fonunda Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.

Qeyd olunur ki, bu səfər Antonio Koştanın Avropa Şurasının prezidenti kimi Bakıya ilk rəsmi səfəri olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü