Modern.az

Keçmiş məzunlar 41 ildən sonra yenidən görüşdülər - FOTO

Keçmiş məzunlar 41 ildən sonra yenidən görüşdülər - FOTO

10 İyul 2023, 16:28

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin məzunları (1978-1982-ci illər) 41 il sonra doğma ocaqda yenidən görüşüblər.

 

Gəncə Dövlət Universitetinin 2-ci korpusunun akt zalında baş tutan görüşdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva ali təhsil ocağının rəhbərliyi adından keçmiş məzunları salamlayıb, son illərdə GDU-da əldə edilən yeniliklər və qazanılan uğurlar barədə məlumat verib.

 

Müxtəlif bölgələrdə əmək fəaliyyətləri ilə universitetin  adını yüksəldən, professor-müəllim heyətinin  etimadını doğruldan, ölkə elminə  töhfələr verən 41 ilin məzunları tələbəlik illəri barədə xoş və kövrək xatirələrini bölüşüblər, tədbirin təşkilinə dəstək verən Gəncə Dövlət Universitetinin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

 

Məzunlar universitetdə qazanılan uğurlara görə fəxr etdiklərini vurğulayıblar.

 

Sonda görüşdə iştirak edənlər xatirə fotosu çəkdiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu