Modern.az

Mina partlayışı ilə əlaqədar cinayət işi açıldı 

Mina partlayışı ilə əlaqədar cinayət işi açıldı 

Aktual

13 İyul 2023, 21:12

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Modern.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi