Modern.az

Antalyada otel yandı - Ölənlər və yaralılar var

Antalyada otel yandı - Ölənlər və yaralılar var

Aktual

22 İyul 2023, 13:26

Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli otel yanıb.

 

Modern.az TRT telekanalına istinadla xəbər verir ki, yanğın nəticəsində 2 turist həyatını itirib, 12 nəfər yaralanıb.

 

Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.

 

Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında Norveç, Danimarka və Niderlanddan olan turistlər də var.

 

Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

 

Yanğının səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!