Modern.az

“Threads” istifadəçiləri iki dəfədən çox AZALDI

“Threads” istifadəçiləri iki dəfədən çox AZALDI

30 İyul 2023, 10:17

“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib, indi onların sayı 50 milyondan azdır.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Bildirilib ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq işçilərlə telefon danışığında əvvəlcə sosial şəbəkədə 100 milyondan çox insanın qeydiyyatdan keçdiyini, lakin onların yarıdan çoxunun sosial platformanı tərk etdiyini deyib.

 

O, bu vəziyyəti "normal" kimi qiymətləndirib və əlavə edib ki, sosial şəbəkəyə yeni funksiyalar əlavə olunanda istifadəçilərin sayının artacağını gözləyir - məhz onların olmamasına görə istifadəçilər tətbiqi tənqid ediblər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu