Modern.az

Qələbəsevərlərlə matəmsevərlərin FƏRQİ

Aktual

3 Oktyabr 2023, 22:11

Ümumiyyətlə, hər hansı tarixi dövrdə qələbə ruhunu daşıyan xalq qalib xalq obrazına özünü uyğunlaşdırmalıdır. Təəssüf ki, biz bu qədər böyük qələbədən sonra yenə də qalib xalq kimi görünə bilmirik. Bunun üçün birinci növbədə insanlar daha çox qələbə simptomlarını önə çəkməlidirlər.

Söhbət hansısa faciəli tarixi hadisəni unutmaqdan getmir, bütün tariximizdə olan kədərlər, faciələr hamısı insanımızın yaddaşında qalmalıdır və bunu da hər kəs özünəməxsus şəkildə fərdi, qrup və yaxud bütövlükdə xalq formasında qeyd etməlidir. Lakin bunun bütövlükdə matəm günü olaraq rəsmiyyət qazanması məsələsi narahatedici amillərdən biridir. Bunun da əsas səbəbi budur ki, Azərbaycan xalqı mental xüsusiyyətinə görə iki yerə bölünür – birincisi, tarixən türklük və qafqazlılıq duyğusunu önə çəkən və həmişə matəmi arxada buraxıb, qələbə, uğur üçün çalışan, onun üçün mübarizə aparan bir xalq obrazı, ikincisi isə ermənilərdən və iranlılardan götürdüyümüz matəm mazoxizmini daşıyan xalq obrazı. Yəni, diqqət edəndə görürük ki, matəmçilik bizim gerçək milli və dini mahiyyətimizə uyğun gəlmir. Çünki insan kədər üzərində yaşamını formalaşdıranda, həyatını bu motiv üzərində quranda onun dünyada quruculuq və yaradıcılıq potensialı xeyli aşağı düşmüş olur. Bu təkcə insana aid deyil, bütövlükdə insanlardan ibarət olan xalqa da aid məsələdir.
 

Biz bu gün həmin matəm, soyqırım mazoxizmini yaşayan ermənilərin faciəsini, miskinliyini görürük, onlar hansı situasiyada olursa olsun, soyqırım, matəm xəstəliyinə tutulmuş bir xalqdır və bu onları irəliləməyə, sərbəst düşünməyə qoymur. Eynilə bu simptomlar iranlılarda da var. İranlılar da, habelə o mühitdə mövcud olan soydaşlarımız da ömrü boyu dini də matəmçilik motivi üzərində anlamağa yönəliblər və tarix boyu bizi də öz təsiri altında saxlayaraq bədbəxt ediblər. Bizlər də bu təsir altında indiyədək İslam dinin əsasən matəm, faciə motivlərini qabartmışıq və geriliyimizin də, cəhalətimizin də əsas səbəbi bu olmuşdur. Xilasımız yalnız o zaman baş verib ki, Türkmənçay hadisələrindən sonra, Azərbaycan Rusiyanın işğalı altına düşməsindən başlayaraq yeni məktəb, yeni düşüncəni mənimsəyərək yetişən ziyalılarımız 1918-ci ildə bizə müstəqil demokratik dövlət qurublar. Eyni müstəqil dövləti bizdən sayca üç dəfə artıq soydaşlarımız İrandan ayrılaraq qura bilməyiblər. Ona görə də əsl mədəni tariximizin haradan başladığı üzərində ciddi düşünməliyik.
 

Tariximizdə hansı faciənin digərindən daha böyük masştabda olduğunu müəyyən etmək bir qədər mübahisəli məsələdir. Məsələn, bolşevik istilasından sonrakı dövrdə Gəncə üsyanında 48 minə yaxın azərbaycanlı qətlə yetirilmişdi. Bu hadisə masştabına görə 20 Yanvar hadisəsindən daha böyük hadisədir, sadəcə və nədənsə daha yaxın məsafədə olana biz dəyər veririk. Eləcə də digər soyqırım və faciələr də bunun mübahisədə nə qədər bir-birindən fərqlənəcəyini göstərən detalları, faktları ortaya qoyur. Bu baxımdan həmin anları, günləri unutmadan qeyd etməliyik. Lakin təqvimizdən bunun rəsmiyyət qazanmasının zəruriliyini bir daha müzakirə etməliyik. Çünki biz bu kədər, matəm motivini içimizdə nə qədər çox yaşadacağıqsa, öz qəlbələrimizin sağlam dəyərləndirilməsini apara bilməyəcəyik.

Azərbaycanın 15 rəsmi bayramı var və bunun 13-ü rəsmi dövlət, ikisi isə dini - Ramazan və Qurban bayramlarıdır. Türkiyə kimi böyük dövlətdə cəmi 3 rəsmi, 2 dini bayram var. Bunun özü də düşündürücü məsələdir. Əhəmiyyətlilik dərəcəsində görə bayram statusunda olan günlərə də baxmalıyıq. Məsələn, bir dövr üçün Dirçəliş Günü uğurlu bir gün kimi qəbul oluna bilər, amma müasir dövrdə dirçəlişimiz elə Qarabağla başlayır. Yəni, həmin tarixi bayram günü olaraq təqdim etməyin artıq bir izahı qalmır.

Və yaxud, Türkiyədə bir anım, hüzr günü var, o da Atatürkün vəfat etdiyi 10 noyabr günü. Bu siyasi məna daşıyan gündür. Çünki Atatürk Türkiyənin xarabalıqlardan xilas edərək, yeni bir dövrə daşımış tarixi şəxsiyyətdir. Həmçinin qeyd edim ki, Çanaqqala savaşında 250 mindən artıq türk əsgəri şəhid oldu. Amma bunun milli yas kimim qeyd edirlərmi? Bu günləri anırlar, şəhidlərə rəhmət oxuyurlar, ancaq matəm motivasiyasına ilişib qalmırlar.
 

Bu baxımdan qeyd etmək istəyirəm ki, biz artıq yeni dövrün xalqı olmağa hazır olduğumuzu göstəməliyik. Bu cür böyük qələbəmizi hələ də cəmiyyət içində sağlam dəyələndirilməsinin görə bilmirik. Sanki hələ də insanlar yuxudan ayılmayıblar ki, biz 200 illik problemi Azərbaycan əsgəri və Ali Baş komandanı xalqımızın dəstəyi ilə çözə bilib.
 

Bu xalqı artıq yeni formatda ortaya çıxartmaq lazımdır. Yeni formatda ortaya çıxartmaq üçün öz keçmişinin bütün matəmindən, sıxıntısından arındıraraq, daha aydın gələcəyə baxan vəziyyətə gətirməliyik.
 

Əlbəttə ki, bu, keçmişi unutmaq anlamına gəlmir. Bu, mənfur erməniçilikdən və miskin irançılıqdan uzaqlaşmaq, gerçək bir türk və qafqazlı iradəsi ilə irəliyə baxmaq anlamına gəlir. Xalq bundan sonra da rəsmiyyət olmadan da həmin anıları yaşadacaq və yaşatmalıdır da. Çünki bizim tariximiz əsasən bir şəhidlik, soyqırım, qanımızın axıdıldığı tarixdir. Lakin 44 üstəgəl 1 tarixi məqamından sonra bir millət olaraq Bir sözlə, erməniçilikdən və irançılıqdan fərqli olaraq qələbə, uğur motivasiyasına daha çox önəm verən türk-qafqazlı xarakterli azərbaycanlı obrazında varlığımızı sürdürməliyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir