Modern.az

Şəhərimizi vururlar, vəziyyət acınacaqlıdır - Təl-Əvivdə olan ravvin Modern.az-a DANIŞDI

Şəhərimizi vururlar, vəziyyət acınacaqlıdır - Təl-Əvivdə olan ravvin Modern.az-a DANIŞDI

Aktual

27 Oktyabr 2023, 16:54

HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma 20 gündür davam edir. Son məlumatlara görə, bu müddət ərzində İsraildə ölənlərin sayı 1,4 mini, Qəzza zolağında isə 7 mini keçib.

 

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslər də var. Belə ki, son məlumatlara görə, onların sayı 8 nəfərdir.

 

İsraildə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı Modern.az-a danışan Dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov bildirib ki, ölkədə vəziyyət gərgin olaraq qalır:

 

“HƏMAS tərəfindən İsrailin hər bir yerinə raketlər atılmağa davam edir. Hazırda biz Tel-Əvivdəyik. Adətən HƏMAS burada məscidlərə, yaşayış binalarına, xəstəxanalara raketlər atır. İsrail isə buna cavab verəməyə çətinlik çəkir. Çünki cavab atəşi açsa, dünya İsraili qınayacaq. Qarşı tərəf uşaqlardan istifadə edərək, dünyanı İsrailə qarşı çevirmək istəyirlər. Belə ki, onlar bir uşaqdan müxtəlif yalançı fotolar düzəldirlər. Amma faktiki olaraq bu müharibədən ən çox əziyyət çəkən İsrail xalqıdır. Bir az öncə qonşuluqdakı ərazi raket atəşinə tutulub. Ona görə də çox acınacaqlı vəziyyətdir”.

 

Ravvin eyni zamanda İsraildə azərbaycanlıların vəziyyəti barədə danışıb:

 

“Burada səkkiz azərbaycanlı terrorun qurbanı olub. Onların hamısı burada dəfn edilib. Çox ailə otellərə yerləşdirilib. Demək olar ki, ailələrin hamısı birlikdə deyil. Amma şükür ki, yaralılarımız yoxdur. Dəqiq olmayan bir məlumat da var ki, bir nəfərimiz orada əsirlikdədir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi