Modern.az

Mən həmişə İlham Əliyevə səs vermişəm, bu dəfə də verəcəm - Sabiq təhsil naziri

Mən həmişə İlham Əliyevə səs vermişəm, bu dəfə də verəcəm - Sabiq təhsil naziri

25 Dekabr 2023, 12:04

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyi qeydə alınıb. 

 

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.

 

Modern.az bu məqsədlə Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun fikrini öyrənib.

 

Sabiq nazir saytımıza açıqlamasında İlham Əliyevin alteranativinin olmadığını bildirib:

 

"Vallah, siyasətdən çoxdan ayrılmışam. Kimlər namizəddir, kimlər deyil, bilmirəm. Maraqlanmıram. Amma bu gün İlham Əliyevin alternativi yoxdur. Təbii ki, o, seçiləcək".

 

Firudin Cəlilov özünün də İlham Əliyevə səs verəcəyini söyləyib:

 

"Mən Xızı seçki dairəsində qeydiyyatdayam. Odur ki, səsvermədə iştirak etməyim havadan asılı olacaq. Əgər qarlı, tufanlı hava olsa, səsvermədə iştirak etməyim çətin olacaq. Ancaq səsvermədə iştirak edəcəyim halda mütləq İlham Əliyevə səs verəcəm. Ümumiyyətlə, mən həmişə İlham Əliyevə səs vermişəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu