Modern.az

Makron Trampa da zəng vurdu

Makron Trampa da zəng vurdu

Dünya

9 Mart 2026, 00:45

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefonda danışıb.

Modern.az xəbər verir ki, bu barədə BFMTV-nin Yelisey Sarayına istinadən məlumatında bildirilib.

Söhbətin təfərrüatları hələ açıqlanmayıb.

Bir müddət əvvəl Fransa Prezidenti sosial mediada İran Prezidenti Məsud Pezeşkianla danışdığını yazıb.

Makronun sözlərinə görə, o, Pezeşkianı Hörmüz boğazını açmağa və Yaxın Şərq ölkələrinə hücumları dayandırmağa çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edir. Cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirir.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!