Modern.az

GUAM-ın müşahidəçiləri Azərbaycanda seçkiləri izləyəcək

GUAM-ın müşahidəçiləri Azərbaycanda seçkiləri izləyəcək

Aktual

22 Yanvar 2024, 15:18

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə GUAM-ın katibliyindən məlumat verilib.

 

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

 

GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ