Modern.az

Seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı göstərən DAİRƏLƏR

Seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı göstərən DAİRƏLƏR

Aktual

9 Fevral 2024, 11:36

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub.

 

Modern.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb.

 

Bu dairədə seçici fəallığı 89,22 % olub.

 

Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsidir. Burada seçici fəallığı 66.03 % təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu