Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyidir.
Modern.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bununla bağlı tədbiri keçirib.
Belə ki, Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarları "O Naxçıvandır" mahnısını təqdim ediblər.
Mahnını Mərkəzin benefisiarı Nicat Allahyarov ifa edib.
Onu Əməkdar artist, Mərkəzin təlimçisi Şəhriyar İmanov, Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv Ansamblı müşaiyyət edib.