Modern.az

Goranboy icra hakimiyyətində vətəndaşların növbəti qəbulu

Goranboy icra hakimiyyətində vətəndaşların növbəti qəbulu

Aktual

23 Fevral 2024, 11:54

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında, İcra Başçısı, Başçının müavinləri, RİH Başçısı aparatının şöbə müdirləri və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə nöbvəti qəbul keçirilib.

 

Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.

 

Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər