Modern.az

Tacikistan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Tacikistan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Aktual

3 İyun 2024, 10:52

Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə qonaqlara HHQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim olunub, 44 günlük Vətən müharibəsində HHQ-nin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Plana uyğun olaraq, Tacikistan nümayəndə heyəti HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

 

Tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ