Modern.az

Seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Aktual

29 İyun 2024, 16:43

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

 

Ekspert qrupuna MSK üzvləri Şaitdin Əliyev, Baxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova daxil ediliblər.

 

Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu da yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?