Modern.az

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Aktual

29 İyun 2024, 17:25

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

 

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

 

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?