Modern.az

İtkin düşən 27 yaşlı gənc tapıldı - YENİLƏNİB

İtkin düşən 27 yaşlı gənc tapıldı - YENİLƏNİB

Aktual

30 İyun 2024, 12:25

İtkin düşən Xaçmaz rayon sakini 27 yaşlı Müseyibov Elşad İmran oğlu tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun anası məlumat verib.

 

Belə ki, ana oğlu Elşadın tapıldığını deyib. Adıçəkilən gənc hazırda evindədir.
 

***

29.06.2024, 18:34

 

Xaçmaz rayonu ərazisində yaşayan 27 yaşlı Müseyibov Elşad İmran oğlu 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?