Modern.az

Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti icraata götürmədi

Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti icraata götürmədi

13 Avqust 2024, 12:22

Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayəti icraata götürməyib.

 

Modern.az xəbər verir ki, məhkəmə keçmiş cəbhəçi Aydın Əliyevin şikayətini icraata götürərək araşdırmaqdan imtina edib.

 

Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi