Modern.az

Narkotikin təsiri altında olan "BMW" sürücüsü saxlanıldı - VİDEO

Narkotikin təsiri altında olan "BMW" sürücüsü saxlanıldı - VİDEO

Aktual

30 Sentyabr 2024, 16:08

Paytaxtın Sabunçu rayonu, Məştağa qəsəbəsində “BMW”  markalı avtomobilin sürücüsü Bəybala Camalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş DYP İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Camalovun narkotik vasitə qəbul etməsi aşkarlanıb.

 

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi