Modern.az

Məmməd İbrahimin də evində axtarış aparılıb

Məmməd İbrahimin də evində axtarış aparılıb

Aktual

29 Noyabr 2025, 15:58

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

Modern.az xəbər verir ki, bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.

Digər məlumata görə, bu axtarış DTX-də aparılan araşdırma çərçivəsində - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə həyata keçirilib.

Xatırladaq ki, bu gün DTX tərəfindən AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı