Modern.az

Narkotiklə tutulan şəxsin oğurluğu da üzə çıxdı

Narkotiklə tutulan şəxsin oğurluğu da üzə çıxdı

Aktual

5 Noyabr 2024, 09:00

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayış evindən oğurluq etdiyi də müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum