Modern.az

Nazir Məcnun Məmmədova iki yeni müavin təyin olundu - FOTO - ÖZƏL

Nazir Məcnun Məmmədova iki yeni müavin təyin olundu - FOTO - ÖZƏL

Ölkə

27 Yanvar 2026, 16:02

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə irəli çəkiliblər.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

 



 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV