Modern.az

Gürcüstanın Baş naziri Əli Əsədova məktub göndərib

Gürcüstanın Baş naziri Əli Əsədova məktub göndərib

Aktual

6 Noyabr 2024, 14:26

Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm.

Modern.az xəbər verir ki, bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Baş naziri Əli Əsədova göndərdiyi məktubda yer alıb.

Qeyd edilib ki, məktubda Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə Ə.Əsədovun Kobaxidzeyə göndərdiyi təbrikə görə minnətdarlıq ifadə edilib:

"Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir", - deyə məktubda vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur