Modern.az

Gənc oğlan idman zalında vəfat etdi

Gənc oğlan idman zalında vəfat etdi

Aktual

29 Oktyabr 2025, 23:39

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.

 

Modern.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

 

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

 

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. (Mənbə: Sumqayit24) 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!