Modern.az

SOCAR-ın zavodunda yanğın olması iddiasına rəsmi cavab

SOCAR-ın zavodunda yanğın olması iddiasına rəsmi cavab

Aktual

11 Noyabr 2024, 09:48

SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın baş verdiyinə dair iddialar yayılıb.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məsələyə münasibət bildirib.

"SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın baş verməsi barədə bəzi media resurslarında yayılmış xəbərlər həqiqəti əks etdirmir və belə bir yanğın baş verməyib.

Media subyektlərindən məlumat yayarkən rəsmi qurumlarla dəqiqləşdirmə aparılmasını bir daha xahiş edirik", - qurumdan bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum