Modern.az

“Qarabağ” uduzdu, “Sabah” lider oldu

“Qarabağ” uduzdu, “Sabah” lider oldu

İdman

18 Dekabr 2025, 22:42

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

 

Modern.az xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib.

 

“Bank Respublika Arena”da təşkil olunan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib.

 

Bu qələbə sayəsində “Sabah” 34 xalla liderliyə yüksəlib.

 

Ağdam təmsilçisi isə 33 xalla ikinci pilləyə enib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə