Modern.az

Orta Dəhlizin inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edildi

Orta Dəhlizin inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edildi

Aktual

11 Noyabr 2024, 14:50

Azərbaycanla Beynəlxalq Dəniz Təşkilatı arasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edilib.

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşdə baş tutub.

"Görüşdə əməkdaşlıq məsələlərini, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işləri müzakirə etdik. Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsini də nəzərdən keçirdik", - deyə nazir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!