Modern.az

6 azərbaycanlı Suriyadan ölkəmizə gətirildi

6 azərbaycanlı Suriyadan ölkəmizə gətirildi

Aktual

23 Oktyabr 2025, 13:08

Suriyadan oktyabrın 22-də ikisi qadın, dördü uşaq olmaqla 6 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə