Modern.az

AYNA-dan taksi şirkətlərinə XƏBƏRDARLIQ

AYNA-dan taksi şirkətlərinə XƏBƏRDARLIQ

Aktual

15 Noyabr 2024, 11:52

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda, bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Modern.az bildirilib ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi