Modern.az

Tacikistanda Əfqanıstandan gələn terrorçular zərərsizləşdirilldi

Tacikistanda Əfqanıstandan gələn terrorçular zərərsizləşdirilldi

Dünya

18 Yanvar 2026, 14:11

Əfqanıstanla sərhəddən Tacikistana qanunsuz daxil olan dörd silahlı terrorçu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) Sərhəd Qoşunlarının mətbuat mərkəzinin "Xovar" agentliyinin saytında dərc edilən bəyanatında deyilir.

 

Məlumata görə, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyalətindən Tacikistanın Xatlon vilayətinin ərazisinə qanunsuz daxil olub. Məlumatda qeyd edilib ki, terrorçular sərhədçilərin təslim olmaq əmrlərinə tabe olmayıb və silahlı müqavimət göstəriblər.

 

"Döyüş əməliyyatları zamanı dörd terrorçu məhv edilib", - bəyanatda qeyd edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı