Modern.az

Azad edilmiş ərazilərdə daha 155 mina zərərsizləşdirilib

Azad edilmiş ərazilərdə daha 155 mina zərərsizləşdirilib

Aktual

18 Noyabr 2024, 10:44

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (11.11.2024 - 17.11.2024) açıqlanıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 126 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 483 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 972,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ