Modern.az

Geomaqnit dalğaların aktivləşəcəyi gözlənilir

Geomaqnit dalğaların aktivləşəcəyi gözlənilir

18 Noyabr 2024, 17:20

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Modern.az-a bildirilib ki, Günəşin fəallığı azalıb. Son həftə ərzində geomaqnit qasırğası baş verməyib.

Noyabrın 18-24-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 20 noyabrda yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları, həmçinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi