Modern.az

Qazaxın azad olunan kəndləri kameralarla MÜŞAHİDƏ EDİLİR

Qazaxın azad olunan kəndləri kameralarla MÜŞAHİDƏ EDİLİR

Aktual

22 Noyabr 2024, 11:56

Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsilə müşahidə olunur.

Modern.az xəbər verir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Misir Əliyev deyib.

O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:

"Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsilə nəzarət olunan ərazilərə baxa bilir".

Mail AĞAXANOV

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!